Ümumi fənlərin tədrisinin təşkili departamentinin Humanitar fənlər kafedrası və UNEC Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağın maddi mədəniyyət abidələri” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov seminarın UNEC-də “Şuşa ili” ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq keçirildiyini bildirib.
Elmi seminarda kafedranın məsləhətçi professoru Hidayət Cəfərov Qarabağın qədim abidələri, UNEC Multikulturalizm mərkəzinin rəhbəri, kafedranın professoru Məhəbbət Paşayeva isə Qarabağın və Şərqi Zəngəzurun alban abidələri barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Tədbir çərçivəsində professor Məhəbbət Paşayeva 2022-ci ildə nəşr olunmuş “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabını kafedraya təqdim edib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.