UNEC Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Vətənpərvərlik ruhunun aşılanması və tələbələr arasında zehni inkişafın təşviq edilməsi məqsədi daşıyan turnir 2 raund və 7 oyundan ibarət olub.
Gərgin və maraqlı keçən yarışmada tələbələr yüksək fəallıq göstəriblər.
Turnirin yekununda qaliblər aşağıdakı kimi müəyyən olunub:
I yer – Sahib Şıxməmmədli (İqtisadiyyat və idarəetmə fakültəsi)
II yer – Rəşad Qənizadə (Maliyyə və mühasibat fakültəsi)
III yer –Malik Gülməmmədli (Biznes və menecment fakültəsi)
Sonda qalib gələn tələbələr diplom və hədiyyələrlə təltif olunublar.