Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov UNEC-in 90 illik yubileyi münasibətilə universitetin əməkdaşlarının mükafatlandırılması haqqında əmr imzalayıb.
Əmrə əsasən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərini və əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiklərini nəzərə alaraq, universitetin bir qrup əməkdaşı UNEC-in Fəxri Fərmanı ilə təltif ediliblər.