Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan UNEC əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən UNEC rektoru professor Ədalət Muradov UNEC-in 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və Təhsil naziri Emin Əmrullayevin əmri ilə UNEC-in bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına layiq görüldüyünü bildirib. Təltif olunan əməkdaşları təbrik edən rektor UNEC-in əldə etdiyi uğurlardan, eləcə də gələcək hədəflərindən söz açıb. UNEC-in ilk dəfə olaraq bu il beynəlxalq QS reytinqində yer almasını xüsusi vurğulayan rektor universitetin 100 illik yubileyində daha böyük uğurlara imza atılacağından əminliyini ifadə edib.
Sonra əməkdaşlara dövlət mükafatları təqdim olunub.