Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tətbiq olunan Layihə Əsaslı Öyrənmə təhsil metodu tələbələrin böyük marağına səbəb olub.
PBL metodu ilə təhsil alan tələbələr öz fikirlərini bölüşərək, yeni modelin onlara qatdığı üstünlüklərindən danışıblar.
Tələbələrin sözlərinə görə, PBL ənənəvi dərs metodlarından fərqli olaraq, öyrənməni daha maraqlı və effektiv edir. Onlar bildiriblər ki, bu metodla tələbələr yalnız müəllimin dediklərini dinləməklə kifayətlənmirlər, real problemlər üzərində işləyir, araşdırma aparır və həll yollarını tapırlar. Bu da onların həm analtik düşüncə bacarığını, həm də komanda ilə işləmək qabiliyyətini gücləndirir.
PBL modelinin onların gələcək iş həyatında uğurlu olacağını, real həyatda qarşılaşacaqları vəziyyətlərə uyğunlaşacaqlarını və özünəinamı təmin edəcəyini bildiriblər.