UNEC-in SABAH qruplarının 3-cü kurs tələbəsi Ramil Namazovun layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olub.
UNEC tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə qalib olduğu “Gənc Biznesmenlər” layihəsi çərçivəsində Qubanın Püstəqasım kənd məktəbində təlimlər keçib.
Təlimdə 50-yə yaxın şagird ümumi iqtisadi biliklər, biznes anlayışlarına yiyələnərək, öz ideyalarını təqdim ediblər. 3 gün davam edən təlimlərdə müxtəlif modullardan ibarət olub. Layihənin məqsədinə uyğun olaraq region gənclərinin inkişafına dəstək olmaq üçün şagirdlərə həmçinin sosial aktivlik, biznesi qurduqdan sonra düzgün marketinq siyasətinin aparılması və Gənclər Fondunun yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
Təlim zamanı şagirdlərin mövzuları daha yaxşı qavraması üçün nəzəri və praktiki metodlardan istifadə olunub.