UNEC-in Biznes və menecment fakültəsində distant formada subadmin və proktorların ilk iclası keçirilib.
İclasda TKQİM-nin direktor müavini dos.Söhrab İsayev və DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev də qatıllıblar. Fakültə dekanı dos.Mirağa Əhmədov iclası açaraq, qarşıdan gələn 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti barədə danışıb, imtahan prosesinin distant formada keçirilməsində və bu prosesdə subadmin və proktorların rolunu qeyd edərək, tələbə sayına uyğun olaraq fakültədə 8 sybadmin və 26 proktorun imtahan prosesinə cəlb olunacağını qeyd edib. M.Əhmədov imtahanların mütəşəkkil keçirilməsi üçün proktorların səlahiyyətlərindən də söz açıb.
Söhrab İsayev proktorların görəcəkləri işlərin daha səmərəli qurulması məqsədilə, treninqlərin keçirilməsinin vacibliyini bildirib.
Səbuhi Tanrıverdiyev isə ilk öncə subadminlərin əsas rolundan danışaraq, onların bacarıqlarından proktorların yararlanmasının faydalı olacağını bildirib.
Kafedra müdirləri prof.Arif Şəkərəliyev, prof K.Şahbazov, dos.M.Əliyev imtahanların müvəffəqiyyətlə keçirilməsi üçün kafedraların qarşılarında duran vəzifələrindən danışıblar.
Sonda auditoriyada namizəd subadminlər və eləcə də namizəd proktorlar tərəfindən verilən suallar struktur rəhbərləri tərəfindən cavablandırıldı.