Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I kurs tələbələrinə ingilis dili fənni yeni dərslik əsasında keçiriləcək.
Bu məqsədlə “Xarici dillər-2” kafedrasının professor-müəllim heyətinin iştirakı ilə elmi-metodiki seminarlar təşkil olunub. Yeni dərsliklə bağlı müzakirələr aparılıb. Bildirilib ki, dərslik tələbələrin işgüzar ingilis dili səviyyəsinin artırılması və daha mükəmməl mənimsəmələri üçün faydalı olacaq. Tələbələr dərsliyi müəllimin şəxsi kabinetindən elektron formada istifadə edə bilərlər. Dərsliyin ikinci semectrdən tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, UNEC-in SABAH qruplarının və Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə ingilis dilinin tədrisində “Market Leader” dərsliyindən istifadə olunur.