Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılmasını təklif edib. O, institutun mərkəzinin Bakı ola biləcəyini bildirib.
Rektor birgə təhsil proqtamlarının hazırlanmasının vacibliyini də deyib: "Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir. Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".
Rektor bu fikirləri Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda səsləndirib.