A

19-21 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Atakent Expo təhsil sərgisində UNEC-in nümayəndə heyəti universiteti uğurla təmsil edib.

Sərgidə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin böyük mütəxəssisi Rəsul Yusibov və “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti, i.e.n. Mehriban Səmədova stendi ziyarət edənlərə universitet barədə ətraflı məlumat veriblər.

Məktəblilər, tələbələr və təhsil ictimaiyyətinin xüsusi marağına səbəb olan sərgidə universitetin geniş akademik proqramları, beynəlxalq mübadilə imkanları, ikili diplom layihələri və xarici tərəfdaşlıq şəbəkəsi təqdim olunub.
UNEC-in Times Higher Education və QS World University Rankings kimi nüfuzlu beynəlxalq reytinqlərdə dünyanın top 1000 universiteti sırasında yer alması, eləcə də THE reytinqində ölkənin lider ali təhsil müəssisəsi olması sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. 

UNEC nümayəndələri digər universitetlər və təhsil təşkilatları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüşlər keçiriblər.

Sərgidə UNEC stendini ziyarət edənlərin sualları da cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay