UNEC Təhsil Texnologiyaları Mərkəzinin indonezilayı tədqiqatçısı Soeharto Soehartodunun “Measuring Teachers’ Competencies for AI Integration: Development and Validation of the AI-TPACK in Vocational Education” adlı elmi məqaləsi Computers and Education Open (Web of Science və Scopus, Q1 kateqoriyası) jurnalında dərc olunub.
Məqalə peşə təhsili müəllimlərinin süni intellekti dərs prosesinə inteqrasiya etmək bacarıqlarını ölçmək üçün yeni və qısa qiymətləndirmə alətinin – AI-TPACK modelinin hazırlanması və elmi cəhətdən yoxlanılmasını əhatə edir. Tədqiqat İndoneziyada 460 müəllim arasında aparılıb və əldə edilən nəticələr alətin yüksək etibarlılığa və ölçmə dəqiqliyinə malik olduğunu göstərib.
S.Soehartodu tədqiqatında müəllimlərin süni intellektdən dərslərdə necə istifadə edə bildiyini ölçmək üçün etibarlı “yeni qiymətləndirmə metodu” təqdim edir. Bu alət müəllimlərin texnoloji, pedaqoji və məzmun biliklərini süni intellekt kontekstində birlikdə qiymətləndirir və həm hazırda çalışan, həm də pedaqoji təhsil alan müəllimlər üçün tətbiq oluna bilir.
Tədqiqata əsasən, hazırda fəaliyyət göstərən müəllimlər süni intellektlə bağlı inteqrasiya bacarıqlarında pedaqoji tələbələrdən daha yüksək nəticə göstəriblər. Tədqiqat həmçinin bu alətin fərqli müəllim qrupları arasında müqayisə aparmağa imkan verdiyini təsdiqləyir.
Məqalədə təqdim edilən AI-TPACK aləti peşə təhsilində süni intellekt bacarıqlarının qiymətləndirilməsi, müəllim hazırlığı, kurikulum dizaynı və rəqəmsal transformasiya siyasətləri üçün praktiki əhəmiyyət daşıyır.