A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin Mentorluq Xidmətinin təşəbbüsü və mentor, b.m. Faiq Əhmədovun təşkilatçılığı ilə “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alan tələbələr üçün tarixi-mədəni səfər baş tutub.

Səfər çərçivəsində tələbələr Bakının Suraxanı rayonunda yerləşən Atəşgah məbədini və Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət ediblər. İştirakçılar tarixi-mədəni abidələrin yerləşdiyi əraziləri gəzmiş, muzey ekspozisiyaları ilə yaxından tanış olmuş və abidələrin tarixi əhəmiyyəti barədə ətraflı məlumat alıblar.

Bu cür səfərlərin təşkilində əsas məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin genişləndirilməsi və Mentorluq Xidmətinin əsasnaməsindən irəli gələn fəaliyyətlərin icrasıdır.

TOP XƏBƏRLƏR