A

UNEC-in 95 illik yubileyinə həsr olunmuş BMDM Məzunlar Birliyinin "Alumni Talk" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bu dəfəki görüşdə 2019-cu ilin məzunu Təhminə Hüseynova ilə baş tutub. O, magistrlara biznes qurmağın müsbət və mənfi tərəfləri barədə maraqlı məlumatlar təqdim edib. Hazırda "Prime Financial Services" QSC-də baş mühasib kimi fəaliyyət göstərən Təhminə Hüseynova maliyyə və idarəetmə sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb. Həmçinin real iş mühiti ilə bağlı praktiki yanaşmaları təqdim edib, gənclərin biznes qurmaqla bağlı sualları ətraflı cavablandırıb.

TOP XƏBƏRLƏR