Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində ənənəvi olaraq keçirilən "Elmi müzakirələr klubu"nun növbəti qonağı UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının baş müəllimi Aygün Abdulova olub.
A.Abdulova “Biznes mühitində insan resurslarının innovativ metodlarının tətbiqi” mövzusunda təqdimatla çıxış edərək insan resursları sahəsində innovativ yanaşmaların tətbiqində rəqəmsallaşma, avtomatlaşdırma, süni intellekt və uzaqdan iş modelləri kimi çağdaş trendlərin əhəmiyyətindən bəhs edib. O, innovativ metodların yalnız texnoloji yeniliklərlə məhdudlaşmadığını, eyni zamanda təşkilati mədəniyyətin dəyişməsi, çevik idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi ilə də bağlı olduğunu vurğulayıb.
Məruzəçi qeyd edib ki, bu cür yanaşmalar müəssisələrin daha çevik, dayanıqlı və rəqabətədavamlı olmasına töhfə verir.