A

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rusiyanın "Opora Rossii" təşkilatı tərəfindən Azərbaycanda ilk dəfə praktiki vərdişləri aşılayan "Zavod" biznes-simulyasiyası üzrə oyun-yarış keçirilib. Yarışda UNEC tələbələri də iştirak ediblər.

Sahibkarlar və nazirliklərin əməkdaşlarının da qatıldığı tədbirdə UNEC-in  Rus İqtisad Məktəbinin tələbələri həm könüllü, həm də yarışan qismində fəallıq nümayiş etdiriblər. 5 komanda arasında sırf UNEC tələbələrindən (bəzi tələbələrimiz digər komandaların tərkibində oynayıblar) ibarət komanda 3-cü yeri tutaraq, biznesmenlər və məmurlardan ibarət iki komandanı üstələyə bilib.

Bundan başqa, UNEC RİM-in iki tələbəsi - Nərgiz Ramazanova və Məryəm İsrafilova "marketoloq" rolunu, bir tələbəsi - Məryəm Qubanova isə şirkət rəhbərinin müavini vəzifəsini gözəl icra etdikləri üçün ayrıca sertifikatla mükafatlandırılıblar.

Bütün bunlar göstərir ki, UNEC-də ixtisas bilikləri və vərdişlərinin tədrisi və interaktivliyində uğurlar əldə edilməkdədir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay