UNEC-in 95 illik yubileyi ilə bağlı Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq Türk Dünyası İqtisad fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) tələbələri Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət ediblər.
Ziyarət zamanı uşaqlarla maraqlı söhbətlər aparılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub. Uşaqlar sığınacaqda onlara keyfiyyətli sosial və psixoloji xidmətlərin göstərilməsindən, peşə kurslarına cəlb olunmalarından və digər təqdim olunan xidmətlərdən məmnunluqla danışıblar.
“Nur” uşaq evinə səfər xoş təəssuratlarla yadda qalıb.