UNEC-in Bloomberg Maliyyə Laboratoriyası (BML) tələbələr üçün “Maliyyə Bazarları” üzrə növbəti təlimlərə start verir.

Təlimlərin əsas istiqamətləri “Economic Indicators”, “Currencies”, “Fixed Income”, “Equities” bölmələrindən ibarətdir. Təlimlər 1 ay davam edəcək və sonda tələbələrin Bloomberg Market Concepts (BMC) sertifikatını əldə etməsi nəzərdə tutulub.

Təlimlər həftənin bazar ertəsi və çərşənbə günü, iki növbədə (10:00/15:00), çərşənbə axşamı və cümə axşamı günü isə səhər növbəsində (10:00) təşkil olunacaq və Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil tərəfindən keçiriləcək.

Təlimə qoşulmaq üçün tələblər:

  • İngilis dili B1 səviyyəsində olmalıdır;
  • “Maliyyə” və ya “İqtisadiyyat” ixtisasında təhsil almaq;
  • 81+ ÜOMG.

Qeydiyyat üçün:

https://forms.gle/bwquZ1V3dB3uHFcg9

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay