Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) müxtəlif ölkələrin elm və tətqiqatçı alimlərinin iştirakı ilə baş tutacaq proqram üçün ərizə qəbulu elan edir!

Koreya Respublikasının Seconq şəhərində baş tutacaq və 1 ay müddətində keçiriləcək proqramın məqsədi ticarət, kommersiya, beynəlxalq maliyyə əməkdaşlığı, beynəlxalq sərmayə, regionşünaslıq sahələrində çalışan tədqiqatçılar və alimlər arasında bilik, təcrübə, məlumat və ekspertiza mübadiləsinin, eləcə də şəbəkələşmənin və tədqiqatların təşviqindən ibarətdir.

Şərtlər:

  1. Doktorluq, yaxud magistr elmi dərəcəsinə dərəcəsinə malik olmaq;
  2. 7 illik peşəkar iş təcrübələrinə malik olmaq;
  3.  İngilis dilini mükəmməl bilmək.

Qeyd edək ki, seçilmiş namizədlərin beynəlxalq uçuş, viza, sığorta və yaşayış xərcləri KIEP tərəfindən qarşılanacaq və 2.8 milyon Koreya vonu məbləğində təqaüdlə təmin olunacaqlar.

Proqramda iştirak etməkdə maraqlı olan şəxslər ərizə formasını dolduraraq tərcümeyi-hal, tədqiqat planı, tövsiyə məktubu və elmi məqalələrinin sürətləri ilə birlikdə 31 may tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.

Ərizə forması

Son müraciət tarixi: 31 may, 2024

Qeyd: Müraciət edən UNEC əməkdaşlarının Beynəlxalq Əlaqələr Departamenti ilə əlaqə saxlaması və müraciətləri haqqında məlumat verməsi mütləqdir.

Əlaqədar şəxs: Nərmin Əlizadə, +994 12 492 60 45

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay