A

UNEC-də Koqnitiv İqtisadiyyat  Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarovun moderatorluğu ilə “İqtisadi qərarların verilməsi kontekstində qərəzli və yanlış informasiyalar” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda UNEC Koqnitiv İqtisadiyyat  Tədqiqat Mərkəzinin tədqiqatçısı, Azrieli Mühəndislik Kollecinin Sənaye Mühəndisliyi və İdarəetmə Departamentinin (İzrail) müəllimi Dr. Pini Davidov  məruzə ilə çıxış edəcək.

Seminar Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

27 yanvar 2022-ci il tarixində saat 19.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən  https://zoom.us/j/98324515121 linki vasitəsilə qoşula bilərsiniz.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay