A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) direktoru İnara Rzayeva tələbələrlə birlikdə akademik Zərifə Əliyeva adına liseydə olublar.

İnara Rzayeva və Z.Əliyeva adına liseydən məşun olmuş ISE tələbələri yuxarı sinif şagirdlərinə UNEC-in təhsil imkanları, eləcə də ISE barədə təqdimat əsasında ətraflı məlumat veriblər. Tələbələr imtahana hazırlıqla bağlı öz təcrübələrini də abuturiyentlərlə bölüşüblər və onları maraqlandıran sualları cavablandırıblar.

Səfər çərçivəsində məktəbin direktoru Fərqanə İsayeva və direktor müavini Nigar Axundova ilə də görüş keçirilib. Liseydən məzun olmuş ISE tələbələri görüş zamanı məktəb və tələbəlik dövrləri barədə təəssüratlarını bölüşüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay