A

infonews.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) pedoqoji kadr potensialının gücləndirilməsi istiqamətindəəllimlər üçün 10 fevral tarixindən V Təlim proqramlarına start verir.

“İNFONEWS” – un UNEC-dən əldə etdiyi məlumatına görə, təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. UNEC tərəfindən təlimlərə dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı yerli təlimçilərdə də yer alıb. Qeyd edək ki, bundan öncə də universitetdə UNEC müəllimləri üçün ödənişsiz əsaslarla 166 fənn üzrə 4 Təlim proqramları keçirilib.

TƏLİM PROQRAMI:

“Zaman sıralarının təhlili” fənni üzrə – təlimçi Ankara Universitetinin Prof. Dr. Atilla Gökçe –  (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat UNEC-də offlayn keçiriləcəkdir);

“Dövlətin gəlir və xərclərinin idarə edilməsi” fənni üzrə – təlimçi UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti, Xəzər Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekanı İnqilab Əhmədov – (Təlim proqramı 30 saat olmaqla UNEC-də offlayn keçiriləcəkdir);

“Müəssisə üçün mobil əlavələrin işlənilməsi” fənni üzrə – təlimçi Qazi Universiteti Doç.Dr.Hüseyin Çakır – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Polimer mühəndisliyi” fənni üzrə – təlimçi Qazi Universiteti Prof.Dr.Ulvi Şeker – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Güc elektronika və elektrik intiqalı” fənni üzrə – təlimçi Qazi Universiteti Prof. Dr.Necmi Altın – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir;

“Tədqiqat və layihə bacarıqları” fənni üzrə – təlimçi Qazi Universitetinin Prof.Dr. Hanifi Çinici – (Təlim proqramı 20 saat üzrə onlayn keçiriləcəkdir);

“Materialların təkrar emalı” fənni üzrə – təlimçi Yıldız Texniki Universitetinin Prof.Dr. Nilgün Kuşkonmaz – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Sosial işin qiymətləndirilməsi” fənni üzrə – təlimçi Hacettepe Universitetinin Prof.Dr.Yasemin Özkan – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Ekoloji biotexnologiya” fənni üzrə – təlimçi Artvin Çoruh Universitetinin Doç.Dr.Ayla Bilgin – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir).

Maraqlananlar təşkil ediləcək digər 25 fənn üzrə təlimlər barədə ərtaflı məlumatı “Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.” elektron ünvanına müraciət etməklə əldə etmək olar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay