A

IT Brains Academy və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı çərçivəsində Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələri üçün “Cyber Brains” Bootcamp layihəsinin təqdimatı keçirilib.

Tədbirdə akademiyanın direktoru Orxan Məmmədov və Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov layihə haqqında ətraflı məlumat veriblər. Təlim prosesi, müraciət forması və biliklərin qiymətləndirilməsini tələbələrə açıqlayıblar.

Layihə çərçivəsində UNEC Karyera mərkəzinə müraciət edən və kibertəhlükəsizlik sahəsi üzrə baza bilikləri məqbul qiymətləndirilən 15 tələbə ödənişsiz kurslara cəlb olunacaq. Kursun yekununda imtahanı uğurla bitirən iştirakçılar sertifikat əldə edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay