A

UNEC-in Zaqatala filialında “Sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə filialın direktor müavini dosent Həqiqət Qədimova giriş sözü ilə çıxış edərək zərərli vərdişlərə qarşı təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb. Zərərli vərdişlərin sağlamlıqla yanaşı, inkişafa, fəaliyyətə, yaradıcılığa, eləcə də ətraf mühitə mənfi təsir göstərdiyini deyən H.Qədimova ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

Tədbirdə mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay