A

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov və UNEC-də keçirilən müsabiqənin qalibləri olan  4 tələbədən ibarət heyət 22-26 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində “Gəncliyin XIV Avrasiya İqtisadi Forumu”nda iştirak ediblər.

114 ölkənin təmsil olunduğu tədbirə təhsil sahəsinin əməkdaşları ilə yanaşı, əsasən Asiya, Afrika və Latın Amerikadan olan 20-dən çox diplomatik nümayəndələr, alimlər və digər ictimai nümayəndələr forumda olublar.

Nümayəndə heyətimiz konkursla yanaşı açılış media forumunda, mədəniyyətlərarası sərgidə, diplomatların forumunda, universitet təmsilçilərinin görüşündə, rəsmi ziyafətdə və bağlanış-mükafatlandırma tədbirində iştirak ediblər.

Dörd istiqamət üzrə konkurslarda iştirak edən azərbaycanlı tələbələr sertifikatlarla təltif olunublar, “Mikroiqtisadiyyat” istiqaməti üzrə iştirak edən Nərmin Şahverdiyeva beynəlxalq konkursun final mərhələsində ikinci yeri tutaraq, xüsusi medalla mükafatlandırılıb. Qeyd edək ki, təqdimat mərasiminə paralel olaraq, Bakıdan UNEC-in əsas binasından onlayn formatda qoşulublar.

Rektor Y.P.Silinlə RİM-in direktor müavini Anar Eyyubovun təkbətək görüşü zamanı forumla bağlı danışıblar, əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, forum çərçivəsində keçirilən tədbirlər zamanı digər universitetlərin-Tümen Dövlət İqtisad Universiteti, Kırğız Dövlət İqtisad Universiteti, Qazaxıstanın Kostanay Mühəndis-İqtisad Universiteti nümayəndələri əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. 

TOP XƏBƏRLƏR