A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos.Gülnarə Rzayeva, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmov və universitetin digər əməkdaşları UNEC-in şəhid məzunu baş leytenant Teymur Məcidzadənin  ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin valideynləri Teymurun keçdiyi döyüş yolundan söhbət açaraq, övladları ilə bağlı xatirələrini danışıblar. Teymur üçün evində ayrılmış guşədə qorunub saxlanılan medalları, hərbi geyimi, diplomları, şəxsi əşyaları sırasına UNEC ailəsi tərəfindən valideynlərinə xatirə olaraq təqdim edilən hədiyyə də əlavə olunub.

Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdi. Onun vətən uğrundakı mübarizəsi, canı-qanı bahasına torpaqlarımız uğrunda apardığı döyüş yolu nəzərə alınaraq,  bu yaxınlarda yenidən “III dərəcəli Rəşadət ordeni” ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay