A

8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış fakültənin 2020-ci il məzunu Aqil Mirzəliyevin məzarını ziyarət edib və İsmayıllı rayon Şəhidlər Xiyabanında şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin açılışında iştirak edib.

Aqil Mirzəliyev 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və 23 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay