A

Türkiyənin İstanbul Universitetinin dosenti Dr.Taner Artan UNEC-in İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri dos.Elşən Məmmədovla birlikdə tələbələrə mühazirə keçiblər.

İqtisadiyyat və idarəetmə fakültəsində "Sosial iş" ixtisası üzrə təhsil alan tələbələrə "Sosial işin nəzəriyyəsi və təcrübəsi” fənni üzrə keçirilən dual dərsdə “Böhran müdaxiləsi” mövzusu müzakirə olunub.

Mühazirədə böhran müdaxiləsinin mahiyyəti, yaranma tarixi və Türkiyə təcrübəsində tətbiq olunan istiqamətləri haqqında praktiki nümunələr əsasında izahlar verilərək, təqdimat göstərilib.

Mühazirənin gedişində tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay