A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Eldar Əliyevin fevralın 13-də 30 yaşı tamam olur.

Cəbhəyə könüllü yollanan və oktyabrın 13-də Füzuli döyüşlərində vuruşaraq, qəhrəmancasına şəhid olan Eldar Əliyevin doğum günündə TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və fəal tələbələr şəhidin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Eldar Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Eldar Quliyev oktyabrın 18-də Bakıya gətirilərək, Əhmədli qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay