A

UNEC tələbələri Procter&Gamble şirkətinin qlobal səviyyədə keçirdiyi “CEO Challenge” biznes keys müsabiqəsində Azərbaycanı təmsil ediblər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Aida Həsənova və Rübabə Şükürova iki mərhələni müvəffəqiyyətlə addımlayaraq, yarımfinala vəsiqə qazanıblar.

Onlar I turdan – müsahibə mərhələsindən uğurla keçərək, II turda iştirak ediblər. Bu mərhələdə 75 dəqiqə ərzində test imtahanı ilə tələbələrin PG istehsal məhsulları, satış həcmi və s. barədə bilgiləri dəyərləndirilib. II mərhələni də uğurla başa vuran tələbələr finala vəsiqə qazanıblar.

“CEO Challenge” biznes keys müsabiqəsinin final mərhələsində müsabiqə ölkələr arasında keçiriləcək. Hər ölkəni üç tələbədən ibarət qrup təmsil edəcək. Azərbaycanı təmsil edəcək tələbə qrupunda üç nəfərdən ikisi UNEC tələbəsidir.

Final mərhələsində iştirakçılar şirkətin Türkiyədəki ofisində təcrübə keçəcəklər. Bu müddətdə onlar liderlik, kommunikasiya, analitika və komandada çalışmaq məharətlərini Avropanın ən bacarıqlı və istedadlı tələbələri arasında nümayiş etdirərək, öz biznes keyslərini təqdim edəcəklər

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay