A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan fakültə məzunu Mahir Mirzəyevin anım tədbiri keçirilib.

Şəhidin ailə üzvlərinin, müəllim və tələbələrin iştirak etdiyi tədbiri  fakültə dekanı dosent Elçin Eyvazov açaraq Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi igidlik və qəhrəmanlıqdan danışıb.

Şəhidin atası Sabir Mirzəyev Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib. Tədbirdə şəhid Mahir haqqında UNEC tələbələrinin hazırladıqları videoçarx nümayiş edilib.

Şəhidin xatirəsinə çəkilmiş portret bacısı Aygül Mirzəyevaya təqdim edilib. Tədbir ədəbi-bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay