A

Maliyyə-İqtisad Kollecin kollektivi şəhid Elşən İbrahimovun məzarını ziyarət edib

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin bir qrup əməkdaşı kollecin tələbəsi, Vətən müharibəsi şəhidi Elşən İbrahimovun məzarını ziyarət edib.

Kollec kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Kollecin direktoru dosent Oruc Məmmədov çıxış edərək, şəhid Elşən İbrahimovun 2019-cu ildə “Bank işi” ixtisasına qəbul olunduğunu, onun nümunəvi tələbə kimi yaddaşlarda qaldığını deyib. E.İbrahimovun 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, oktyabrın 4-də Tərtər rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra onun "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunduğunu diqqətə çatdırıb. O.Məmmədov Elşən İbrahimovun həyat yolunun gənclərimiz üçün örnək olduğunu və əziz xatirəsinin onu sevənlərin qəlbində daim yaşayacağını qeyd edib.

Sonra Maliyyə-İqtisadi Kollecinin “Bank işi” ixtisası üzrə subbakalavr dərəcəsi verilməsinə dair “Fəxri Diplom” və “Şəhidlər ölməz” adlı xatirə hədiyyəsi şəhidin anası Xatirə xanıma təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay