A

iqtisadkolleci.edu.az

05.01.2023-cü il tarixdən UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İki gün ərzində 39 qrupda imtahan kecirilib.

İmtahan sessiyasının təşkili və kecirilməsi Azərbaycan Respublikasının elm və təhsil nazirinin 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı kollecdə İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

İmtahan zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay