A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC məzunu Eyvazlı Məzdəkin fevralın 26-da doğum günü idi.

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva və departamentin müəllimləri Məzdək Eyvazlının ailə üzvləri ilə birlikdə Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında onun məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla anıblar.

Eyvazlı Məzdək 2020-ci il sentyabrın 27-də könüllü olaraq müharibəyə yollanıb. 29 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay