A

UNEC-də 2022/2023-cü tədris ilinin payız semestrində yeni tədris olunacaq 50 yeni fənn üzrə dördüncü təlim proqramı keçirilir.

Təlim proqramında 400 nəfər UNEC əməkdaşı ilə yanaşı, Odlar Yurdu Universitetinin, Əmək və Sosial Münasibətlər Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Qərbi Kaspi Universitetinin əməkdaşları da iştirak edirlər.

Təlimlər Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Teknik, Marmara, Uludağ, Qazi, İstinye, Artvin Çoruh universitetlərindən dəvət edilmiş təlimçilər tərəfindən 30 saatlıq proqram üzrə həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay