A

15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Rəqəmsal İqtisadiyyat fakültəsində “Müstəqil dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Umummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbiri Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov açaraq, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı və memarı olduğunu vurğulayıb.

Sonra UNEC-in Humanitar fənnlər kafedrasının professoru Hidayət Cəfərov çıxış edərək, dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edib, onun hakimiyyətə gəlişi ilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay