A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Coders Azerbaijan” MMC arasında birgə fəaliyyətə dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Görüşdə UNEC-in rəqəmsallaşdırma üzrə prorektoru dosent Raqif Qasımov, Biznes Mərkəzinin direktoru Mübariz Şahbazlı, Karyera Mərkəzinin direktoru Aytac Rzayeva, “Coders Azerbaijan” Tədris Mərkəzinin həmtəsisçisi  Seymur Həmidov və tələbələr iştirak ediblər. 

Rəqəmsallaşdırma üzrə prorektor dosent Raqif Qasımov ikitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, Akademiyanın fəaliyyət istiqamətləri barədə tələbələrə ətraflı məlumat verib.

Biznes Mərkəzinin direktoru Mübariz Şahbazlı isə əməkdaşlığın təkcə tələbələrin İT biliklərinin formalaşması deyil, startup-texnoloji sahibkarlığın inkişafına da təkan verəcəyini qeyd edib.

Tələbələr üçün təcrübə proqramlarının təşkili və peşəkar İT mütəxəssislərinin universitetdə tədrisə cəlb edilməsinin əhəmiyyətini vurğulayan Karyera Mərkəzinin direktoru Aytac Rzayeva əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

“Coders Azerbaijan”ın həmtəsisçisi Seymur Həmidov  UNEC-in İT-in müxtəlif istiqamətləri üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, 2015-ci ildə fəaliyyətə başlamış və 2017-ci ildən İT sahəsinə ixtisaslı kadrlar qazandırmaq məqsədilə veb proqramlaşdırma mərkəzi olaraq fəaliyyətini davam etdirən “Coders Azerbaijan” ilə qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını bildirib. 

 Məlumatlandırma və tələbələrlə sual-cavab sessiyasından sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay