A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovla görüşüb.

Səfirin şəxsi dəvəti ilə keçirilən görüşdə Nərgiz Hacıyeva və elmi rəhbəri professor Dr. Dirk Lehmkuhl iştirak edib. Görüşdə Nərgiz Hacıyevanın Qarabağla bağlı apardığı elmi tədqiqat işi barədə fikir mübadiləsi aparılıb, eləcə də hər iki ölkə arasındakı elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, Nərgiz Hacıyeva 2021/2022-ci tədris ili ərzində İsveçrə Konfederasiyasının beynəlxalq doktorantlar üçün ayırdığı rəqabətcil İsveçrə Hökuməti Mükəmməllik Təqaüdünün (Swiss Government Excellence Scholarship/Schweizerische Bundes-Exzellenz-Stipendien) doktorantura tədqiqat proqramı (Ph.D Research Fellowship) üzrə qalibi olub. O, bir il müddətində İsveçrənin St. Gallen Universitetində “Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə aparılmış qanunsuz idxal və ixracın iqtisadi-hüquqi qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay