A

SABAH Magistratura layihəsi çərçivəsində “Elektron kommersiya” ixtisaslaşması üzrə təhsil alan magistrantlar Türkiyə Respublikasının Ankara şəhərində təlimlərdə iştirak ediblər.

Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təlim və Araşdırma Mərkəzi (ÇAŞGEM) tərəfindən təşkil olunmuş təlimlərdə layihələrin idarəedilməsi, problemlərin təhlili, vaxtın idarə olunması və digər mövzularda təqdimatlar edilib, “Təlimçilərin təlimi” proqramında isə magistrantlara daha çox praktiki tapşırıqlar verilib.

Səfər çərçivəsində magistrantlar Ankaranın tarixi-mədəni abidələrini də ziyarət ediblər.

5 günlük təlimləri uğurla bitirən magistrantlara sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay