A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Xanım Tədqiqatçılar Şurası (WRC) və Sloveniyanın Lyublyana Biznes Məktəbi ilə birgə əməkdaşlıq çərçivəsində 21-22 may 2025-ci il tarixlərində "VII EECME" - Şərqi Avropa İdarəetmə və İqtisadiyyat Konfransını (EECME 2025) təşkil edəcək. 

Konfransda sürdürülebilirlik, rəqəmsal transformasiya və beynəlmiləlləşmə mövzuları arasında dinamik qarşılıqlı əlaqələr araşdırılacaq, idarəetmə və marketinqdə yeniliklər, yaşıl iqtisadi inkişaf və təhsilin qlobal çağırışlarla mübarizədə rolu müzakirə ediləcəkdir.

UNEC və Azərbaycandan iştirak etmək istəyənlər üçün konfransda iştirak tamamilə ödənişsizdir. Elmi məqalələr həm indeksli konfrans məruzələr kitabında, həm də indeksli elmi jurnallarda dərc olunacaq.

Konfrans mövzuları:

Rəqəmsal Dövrdə İdarəetmə və Marketinqin İnnovativ Yanaşmaları – Dayanıqlı İnkişaf Strategiyalarının Yenidən Qurulması

Yaşıl və Dayanıqlı İqtisadiyyatda İqtisadi İnkişafın İdarə Edilməsi

Rəqəmsal Transformasiya və Biznes İnformatikası: Rəqabət Üstünlüyü Strategiyaları

Qloballaşma və Beynəlmiləlləşmə: Dinamik Dünyada Dayanıqlı İqtisadiyyatların Qurulması

Təhsilin Rolu: Gələcək Liderləri Qlobal Çağırışlara Hazırlamaq

  • Xülasələrin təqdim edilməsi üçün son tarix: 9 fevral 2025.
  • Məqalə qəbuluna dair bildiriş və tam məqalə təqdimatına dəvət: 24 fevral 2025.
  • Tam məqalələrin təqdim edilməsi: 13 aprel 2025.

Konfransın rəsmi dilləri: İngilis və Slovendir.

Ətraflı məlumat və qeydiyyat üçün linkə keçid edə bilərsiniz : https://lnkd.in/e3bM2Bpi

TOP XƏBƏRLƏR