IAE Montpellier (University of Montpellier) 2026-cı ilin payız semestri üzrə mübadilə proqramına müraciətləri açıq elan edir.
Son müraciət tarixi: 28 aprel 2026
Sənədlərin göndərilməsi: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Mövcud proqramlar:
Bakalavr:
- International Management & Business (BIMB) (ingilis dilində tədris)
- Management Technologies & Sciences (fransız dilində tədris)
Magistr:
- Management (fransız dilində tədris)
- International Business Engineering (ingilis dilində tədris)
- Marketing Intelligence and International Sales Strategy (ingilis dilində tədris)
MBA:
- Digital Business & Innovation (ingilis dilində tədris)
Mübadilədə çərçivəsində iştrak edilə biləcək fənnlərin siyahısını buradan yükləyə bilərsiniz
Tələb olunan sənədlər:
- CV (ingilis dilində)
- Motivasiya məktubu
- Akademik transkript (ingilis dilində)
- Dil sertifikatı (minimum B2)
- Pasport surəti
- Rəsmi fotoşəkil
Dil tələbləri:
- Fransız dilində proqramlar üçün – minimum B2
- İngilis dilində proqramlar üçün – minimum B2
Maliyyə şərtləri:
- Təhsil haqqı ödənişsizdir
- Yol və yaşayış xərcləri tələbələr tərəfindən qarşılanır
Müraciət prosesi:
Seçilmiş namizədlər növbəti mərhələdə:
- MOVEON platformasında qeydiyyatdan keçəcək
- Learning Agreement sənədini hazırlanacaq
- Qəbul və qeydiyyat prosedurlarını tamamlayacaqlar
Qeyd: Müraciətlərin tam və vaxtında təqdim olunması vacibdir. Yalnız uyğun sənədlərlə müraciət edən namizədlər növbəti mərhələyə keçiriləcəkdir.