A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Flipped Education” (Çevrilmiş tədris) metodologiyası əsasında maarifləndirici tədbir təşkil olunub.

Tədbir UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) və “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilati dəstəyi ilə, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşəbbüsü əsasında həyata keçirilib.

Görüş “Yumşaq bacarıqlar” fənni üzrə müəllim Aysel Qaragözovanın tələbələrə verdiyi “Şəbəkələşmə bacarığının praktiki tətbiqi” mövzusunda tapşırığın icrası çərçivəsində baş tutub. Bu yanaşma tələbələrin nəzəri biliklərini real mühitdə tətbiq etməsinə və praktiki bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.

Tədbirin qonağı qismində çıxış edən sosioloq, fəlsəfə doktoru Mail Yaqub “Davranış iqtisadiyyatı” mövzusunda təqdimatla çıxış edib. O, iqtisadi qərarvermə prosesində insan davranışının rolu, şəxsi inkişaf istiqamətləri və müasir dövrdə uğur qazanmaq üçün vacib olan bacarıqlar barədə fikirlərini iştirakçılarla bölüşüb.

Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Elçin Eyvazov, ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva və Rus İqtisad Məktəbinin (RİM) direktoru dos. Mənsur Bərxudarov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, tələbə təşəbbüslərini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, “Flipped Education” metodologiyasının tədris prosesində tətbiqi tələbələrin passiv dinləyicidən aktiv öyrənən və təşəbbüskar iştirakçıya çevrilməsində mühüm rol oynayır.

Sonda Mail Yaqub tələbələr tərəfindən təşəkkürnamə ilə təltif olunub.

TOP XƏBƏRLƏR