A

UNEC-in SABAH Mərkəzinin “Mühasibatlıq” ixtisası üzrə IV kurs tələbəsi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin fəal üzvü Çimnaz Ağazadə dünyanın ən yaxşı 20 universitetindən biri hesab olunan Çin Xalq Respublikasının Pekin Universitetində (Peking University) keçirilən beynəlxalq “Yenching Global Symposium (YGS) 2026” proqramında Azərbaycanı təmsil edib.

Cari ildə “Harnessing Momentum: The Power to Act in a Changing World” mövzusuna həsr olunan simpozium qlobal miqyasda ən rəqabətli akademik platformalardan biri kimi tanınır. Proqrama dünyanın müxtəlif ölkələrindən müraciət edən 6000-dən çox namizəd arasından seçilən istedadlı və yüksək akademik göstəricilərə malik gənc liderlər dəvət alıblar. Çimnaz Ağazadə bu mötəbər tədbirdə ölkəmizi təmsil edən yeganə iştirakçı olmaqla həm Azərbaycanı, həm də təhsil aldığı UNEC-i beynəlxalq müstəvidə layiqincə təmsil edib.

Dörd gün davam edən simpozium çərçivəsində tələbə qlobal maliyyə, iqtisadiyyatda şəffaflıq, maliyyə texnologiyaları (Fintech) və dayanıqlı inkişaf kimi aktual mövzular üzrə təşkil olunan panel müzakirələrdə fəal iştirak edib. O, dünyanın aparıcı professorları və sahə üzrə ekspertləri ilə fikir mübadiləsi apararaq gələcəyin iqtisadi modellərinə dair keçirilən vorkşoplarda da iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay