Özbəkistan Respublikasının Əndican Dövlət Texniki İnstitutu tərəfindən 23-25 aprel 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Əndican şəhərində beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfrans Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin beynəlxalq elmi tədbirlər planına uyğun olaraq təşkil edilir. Tədbirin əsas məqsədi ali təhsil sahəsində qlobal inteqrasiyanın gücləndirilməsi, fənlərarası elmi tədqiqatların təşviqi, innovativ elmi nailiyyətlərin mübadiləsi və universitetlər və tədqiqat institutları arasında davamlı beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Konfransda müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, tədqiqatçıların, doktorantların və tələbələrin elmi məruzələr, təqdimatlar və akademik müzakirələrlə iştirak etməsi nəzərdə tutulur. Eyni zamanda xarici ölkələrdən qatılan alim və tələbələr üçün konfransda iştirak ödənişsiz əsasda təşkil ediləcəkdir.

Konfransda iştirak etmək üçün Dəvət Məktubu

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay