A

25-28 oktyabr 2022 -ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 fərqli beynəlxalq elmi-praktiki konfrans keçiriləcək:

  1. VI Türk Dünyası Kimya Elmləri və Texnologiyaları http://itwccst2022.com/
  2. V Humik Turşular http://itchs2022.com/
  3. IV Təbiət Elmləri və Mühəndislikdə İxtiralar  http://icinse2022.com/

Dövlət, biznes, təhsil və elm ictimaiyyətinin nümayəndələri beynəlxalq elmi-praktiki konfransın işində iştirak etməyə dəvət olunurlar!

Konfransın məqsədi: iqtisadi artımın dayanıqlı inkişafını təmin etmək üçün yüksək texnologiyalara əsaslanan əsas elm tutumlu sahələri inkişaf etdirmək, yeni yaradılan yerli məhsulların rəqabət qabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılmasından ibarətdir. İnnovasiya yönümlü texnologiyaların sənayenin müxtəlif sahələrinə tətbiqini stimullaşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssisləri və onların elmi-tədqiqat institutlarını, uğurlu fəaliyyət göstərən müəssisələri, eləcə də dünyanın aparıcı firmaları və şirkətləri arasında əlaqələrin yaradılması əsas məsələlərdən biri hesab edilir.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

Konfransın müzakirə mövzuları:

A. MÜHƏNDİSLİK

  • Kənd təsərrüfatı mühəndisliyi
  • Biologiya mühəndisliyi və elmləri
  • Bioloji sistemlər mühəndisliyi
  • Biotibbi mühəndislik
  • Bioproses mühəndisliyi
  • Kimya mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Elektron mühəndisliyi
  • Enerji mühəndisliyi
  • Ətraf Mühit Mühəndisliyi
  • Qida mühəndisliyi
  • Geotexnika mühəndisliyi
  • Genetika Mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Materiallar mühəndisliyi
  • Maşınqayırma
  • Dağ-mədən və neft mühəndisliyi
  • Nanomühəndislik
  • Nüvə mühəndisliyi
  • Neft mühəndisliyi
  • Energetika
  • Proses mühəndisliyi
  • Meşə Sənayesi Mühəndisliyi
  • Struktur mühəndisliyi
  • Sistemlər və proqram təminatı mühəndisliyi
  • Tekstil mühəndisliyi
  • İstilik mühəndisliyi
  • Veb mühəndisliyi

 *
B. TƏBİƏT VƏ ƏSAS ELMLƏR

  • Atmosfer elmləri
  • Biologiya elmləri
  • Botanika
  • Bakteriologiya
  • Kimya
  • Balıqçılıq və Akvakultura elmləri
  • Meşə elmləri
  • Genetika
  • Geologiya elmləri
  • Materialşünaslıq
  • Riyaziyyat
  • Tibb elmləri
  • Meteorologiya
  • Mikrobiologiya
  • Mineralogi
  • Paleoekologiya
  • Farmakologiya
  • Fizika Elmləri
  • Fizika
  • Bitki Elmləri
  • Psixologiya
  • Statistika
  • Sistem Biologiyası
  • Baytarlıq elmləri
  • Zoologiya

 KONFRANS MATERİALININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR

  • Konfrans materiallarının tərtibatı üçün forma (ingils dilində) əlavədə verilmişdir. Materialların bu formada təqdim olunması şərtdir.
  • Materiallar A4 formatda (yuxarı və aşağı sahələr 2 sm, sol və sağ sahələr 3 sm) Times New Roman şrifti, 12 ölçüdə, 1.15 intervalla, düzləndirmə eninə, həcmi 4-5 səhifə olmaqla hazırlanmalıdır.Xülasə 100-150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.
  • Şəkillər aydın və keyfiyyətli olmalı, mətnin mərkəzində yerləşdirilməlidir. Şəkildən sonra bir sətir buraxılmalı, daha sonra mərkəzdə onun başlığı "Şəkil" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və şəklin qısa təsviri verilməlidir. Hər şəklə mətnin içində mütləq istinad olmalıdır, məsələn (şək.1).
  • Cədvəllər Microsoft Word və ya Excel proqramında hazırlanmalı və mətnin mərkəzində yerləşdirilməlidir. Daha sonra mərkəzdə cədvəlin başlığı "Cədvəl" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və növbəti sətirdə onun qısa təsviri verilməlidir. Başlıq cədvəlin üstündə yerləşdirilməli, daha sonra bir sətir buraxılmalıdır. Hər cədvələ mətnin içində mütləq istinad olmalıdır, məsələn (cədvəl 1).
  • Düsturlar standart Word Equation redaktorunda yazılmalı, düsturdan əvvəl və sonra bir sətir buraxılmalı və ardıcıl nömrələnmədən istifadə olunmalıdır. Düsturun nömrəsi sağda mötərizədə göstərilməlidir. Mətndə düstura istinad edildikdə, düsturun nömrəsi də mötərizədə göstərilməlidir.
  • İstinadların siyahısı əlifba sırası ilə yazılmalı, mətnin içində sitatlar kvadrat mötərizədə istinadın sıra nömrəsi ilə verilməlidir, məsələn [1, 2]. İstinadlarda son illərin nəşrlərinə müraciət olunması arzuolunandır.
  • Konfrans materiallarının təqdim olunması üçün elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Faylın adı müəllifin ad və soyadına uyğun olmalıdır (həmmüəlliflər olduqda məqalədə adı birinci göstərilən müəllifin ad və soyadı qeyd olunmalıdır). Məsələn, rena_huseynova

  • Konfrans materiallarının  təqdim olunması üçün  son tarix: 30.09.2022-ci il
  • Elm komitəsi təqdim edilən materialları konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcəkdir. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaqdır.
  • Konfransda iştirak haqqı (məqalə çapı): 50 azn.
  • Konfrans materialları toplusunun elektron variantı konfransın saytında yerləşdiriləcək və müəllifin e-mailinə göndəriləcək.

Konfransın saytı: http://icinse2022.com/ ; http://itwccst2022.com/ ; http://itchs2022.com/

Konfransın keçiriləcəyi ünvan: Bakı şəhəri, Murtuza Muxtarov, 194, AZ1065, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 3 saylı tədris korpusu

Konfransın təşkilat komitəsi ilə əlaqə: email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Telefon: (+994) 504826683, (+994) 506874086, (+994) 559995629, (+99412) 5112422 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay