A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “UNEC-də bir gün” layihəsində abituriyentlər UNEC-in  I saylı tədris binasında binasında olublar.

“Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Məryəm Ədilxanova, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tyutoru Aygün Məmmədova, İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Şirinova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, keçid balları barədə ətraflı məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.

Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar 7/24 kitabxana, İmtahan zalı, UNEC Extern Mərkəzi, tələbə yeməkxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları ilə tanış olublar.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR