Bakı şəhəri 264 saylı məktəb-liseyin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak edib.
UNEC-in tələbə rektoru Nihad İsgəndərov və Bakı şəhəri 264 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər öncə UNEC-in I saylı tədris binasında binasında olublar.
Tələbə rektor Nihad İsgəndərov abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar Karyera Mərkəzi, 7/24 kitabxana , imtahan zalı, UNEC Extern Mərkəzi, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.