Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Mühasibatlıq bölməsində Kiçik mühasib vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılıb.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil
- 21-27 yaş aralığı
- Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
- 1C proqramından istifadə bacarığı
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Kiçik mühasib nə iş görür?
- Bank əməliyyatlarının icra edilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Debitor və kreditor sənədlərin 1C-də işlənməsi
- Daxil olan və silinən mal-materialların siyahıya alınması
- Mühasibat əməliyyatları ilə bağlı müxabirləşmələrin düzgün verilməsi
- MVHH, MZHH və PVHH ilə bağlı əməliyyatların düzgün, vaxtında tərtib və təqdim olunması
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: 315 AZN
Son müraciət tarixi: 14.06.2024
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Kiçik mühasib” qeyd etməklə hThis email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.