Ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən Bafco İnvest MMC gənc və perspektivli kadrlar üçün Təchizat və satınalma üzrə mütəxəssis vəzifəsi üzrə ödənişli təcrübə proqramı elan edir.
Vəzifə öhdəlikləri:
- Təchizat və satınalma proseslərində iştirak
- Yerli və xarici tədarükçülərlə yazışmaların və danışıqların aparılması
- Sifarişlərin hazırlanması, idarə edilməsi və izlənməsi
- Bazar araşdırması və qiymət təhlillərinin aparılması
- Şirkət daxilində əlaqəli şöbələrlə koordinasiya
Tələblər:
- Təchizat və satınalma sahəsinə maraq
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazı və danışıq
- Analitik düşünmə, ünsiyyət bacarığı və məsuliyyətlilik
- Yeni bilikləri öyrənməyə açıq olmaq
- MS Office proqramları üzrə biliklər
İş rejimi:
- İş saatları: 09:00–18:00
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri
Əməkhaqqı və təcrübə:
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır
- Təcrübə: Təcrübə müddəti ödənişlidir
- Təcrübəni uğurla tamamlayan namizəd daimi işlə təmin olunacaq
Təklif etdiklərimiz:
- Praktiki şəkildə mütəxəssis kimi yetişdirilmə imkanı
- Peşəkar mühitdə real iş təcrübəsi
- Komanda ilə işləmə və inkişaf perspektivi
- Uğurlu namizədə daimi və stabil iş imkanı
- Əməkhaqqı + bonus
Maraqlanan tələbə və məzunlar CV-lərinizi 12 yanvar tarixinədək “Təchizat və satınalma üzrə mütəxəssis” mövzu başlığı ilə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına göndərə bilərsiniz.