UNEC ACCA Accelerate proqramına qoşulmaq hüququ əldə edib.
Bu proqram UNEC tələbələrinə məzun olmadan əvvəl ACCA imtahanlarında iştirak etmək və müəyyən fənlər üzrə şərti azadolma (exemption) qazanmaq imkanı yaradır. ACCA Accelerate proqramı tələbələrə beynəlxalq mühasibatlıq və maliyyə sahəsində bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli üstünlüklər əldə etməsinə şərait yaradır.
Hazırda UNEC-in “Mühasibat” ixtisası üzrə III və IV kurs tələbələri proqramda iştirak edə bilərlər.
Ətraflı məlumat üçün Beynəlxalq İqtisadiyyat Məktəbinə (ISE) müraciət etmək mümkündür.