UNEC-də Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının təşkilatçılığı ilə “Ekoloji maarifləndirmədə influenser marketinq strategiyaları” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda kafedranın müəllimi və UNEC-in doktorantı Aysel Qaragözova mövzu ilə bağlı çıxış edəcək.
Seminar 11 oktyabr, saat14:00-da UNEC-in 4 saylı tədris binasındə (Abbas Səhhət 45A) təşkil olunacaq. İştirak etmək istəyən müəllim və tələbələr seminara dəvətlidirlər.